Diaspor sədri İbrahim Gülşəninin məqbərəsinin təmir olunmasını istəyir

15:01 01.07.2019
Yazını böyüt
Yazını kiçilt

“Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Ibrahim Gülşəni Bərdəi həzrətlərinin məqbərəsinin təmiri ilə bağlı tədbirdə çıxış edib.

Hafta.az yazır ki, S.Nəsirov çıxışında böyük azərbaycanlı alim İbrahim Gülşəni həzrətinin həyatından danışarkən, onun  Azərbaycanda - Bərdədə 1426-cı ildə doğulduğunu, onun üç dildə təlif etdiyini bildirib. Gülşəni həzrətləri müxtəlif ölkələrə elm əldə etmək məqsədilə səfərə çıxandan sonra, ömrünün son 30 ilini Misirdə keçirərir və orada vəfat edir. 1485-ci ildə Misirə gələn Gülşəni həzrətlərinin yerli xalqın rəğbət və ehtiramını qısa müddət ərzində qazanıb, minlərlə müridləri olub.

Diaspor sədri məqbərənin təmirində iştirak edənlərə, Azərbaycan diasporu adından dənin minnətdarlığını bildirib.

Tədqiqatçı Azərbaycanla bağlı apardığı araşdırmalar əsnasında İbrahim Gülşəni həzrətləri haqqında da məlumata rast gəlir və onun dəfn olunduğu məqbərəni axtarır. Qahirənin əl-Dərb əl-Əhmər rayonunda yerləşən məqbərəni tapmasına baxmayaraq, Misirin İrsi Qoruma Nazirliyi tərəfindən təmirə ehtiyacı olduğundan dolayı bağlandığını görür. Gülşəniyyə təriqəti, Xəlvətiyyə təriqətinin bir qolu olduğu üçün S.Nəsirov dəfələrlə Misirdə Xəlvətiyyə təriqətinin məşhur şeyxləri ilə görüşür, məqbərənin təmiri və yenidən ziyarətə açılması üçün Misir hökümətinə müraciət edir. 

S.Nəsirov məqbərənin ətrafında yaşayan yerli xalqla görüş zamanı onların Gülşəni həzrətlərinin böyük kəramət sahibi olduğunu yekdilliklə qeyd etdiklərinin şahidi olur. Diaspor sədri dəfələrlə azərbaycanlı qonaqları, tələbələrini Gülşəni həzrətlərinin ziyarətinə aparır və öz feysbuk səhifəsində də məqbərənin təmiri ilə bağlı çağrışlar edir.

Xatırladaq ki, S.Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.