Dünyada 300 milyondan çox insan evsizdir

10:06 06.10.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BMT-nin məlumatına görə, planetdə təxminən hər səkkiz nəfərdən biri qeyri-rəsmi ünvanda yaşayır və 300 milyondan çox insan evsizdir.

Hafta.az-ın yazdığına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının bu gün qeyd olunan Ümumdünya Yaşayış Yerləri Günü ərəfəsində yaydığı hesabatında qeyd olunur.

2025-ci ilin mövzusu daxili yerdəyişmə və urbanizasiya problemlərinin həlli üçün davamlı və inklüziv yanaşmaların tapılmasına yönəlmiş “Böhran üçün şəhər həlləri”dir. Bu gün dünyada 122 milyondan çox insan münaqişə, iqlim və iqtisadi problemlər səbəbindən evlərini tərk edib və onların 60 faizdən çoxu şəhərlərdə sığınacaq taparaq infrastruktura əlavə gərginlik yaradır.

BMT- Habitat şəhərsalma, idarəetmə və bütün sakinlər üçün davamlı şəraitin yaradılmasında yerli hakimiyyət orqanlarının roluna xüsusi diqqət yetirməyə çağırır. İnsan məskənlərinin inkişafına və şəhərlərdə həyat keyfiyyətinin yaxşılaşdırılmasına verdiyi töhfələrə görə nüfuzlu beynəlxalq mükafat olan “Habitat Fəxri Sertifikatı” da bayram çərçivəsində təqdim olunur.