Dünyanın ən böyük ordusu HAMINI ÇAŞDIRDI

09:28 15.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) 2025-ci il üçün hazırladığı son hesabatda dünyanın ən çox əsgəri olan orduları açıqlanıb. Hesabatda bu orduların təkcə sayı deyil, həm də strateji əhəmiyyəti və hərbi potensialı baxımından mövqeləri qiymətləndirilir.

Hafta.az-ın yazdığına görə, hesabatda diqqəti çəkən rəqəmlərdən biri də Şimali Koreyanın 7,5 milyon əsgərlə dünyanın ən böyük ordusuna sahib olmasıdır. Şimali Koreyanı 6,6 milyon hərbçi ilə Cənubi Koreya və 5,4 milyon şəxsi heyətlə Vyetnam izləyir. Bu ölkələrin siyahısını müvafiq olaraq Hindistan (4,2 milyon), Rusiya (3,2 milyon) və Çin (3,04 milyon) davam etdirir.

  1. Türkiyə cəmi 894700 əsgərlə siyahıda 13-cü yerdə qərarlaşıb.

Dünyada ən böyük hərbi büdcəsi olan ABŞ 2,1 milyon əsgəri ilə 9-cu yerdədir. Eynilə, Çin 3,04 milyonla 6-cı yerdə qərarlaşıb. Bu vəziyyət müasir ordularda texnoloji üstünlük və peşəkar birliklərin əsgər sayından daha önəmli olduğunu ortaya qoyur.

Ən böyük ordusu olan ilk 20 ölkədən digərləri aşağıdakılardır:

İranda 1 milyon, İndoneziyada 1,09 milyon, Kubada1,2 milyon, Misirdə 1,3 milyon, Pakistanda 1,5 milyon, separatçı Tayvanda 1,8 milyon, Braziliyada 2,1 milyon, Ukraynada 990 min əsgər var.