Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşüb

21:48 15.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

Hafta.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.