Ərdoğan Xocalı soyqırımının qurbanlarını yad edib

14:19 26.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşım prezidentin sosial media hesablarında edilib.

“Ağrısını heç vaxt unutmayacağımız, kədərini daim içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə şəhid olmuş azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - Ərdoğan vurğulayıb.