“Ermənistan dəyişən dünyaya uyğunlaşa bilməsə, ondan kənarda qalacaq...” - Bunu Paşinyan deyir

17:50 17.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Dünya hər gün dəyişir və biz dəyişən dünyaya uyğunlaşa bilməsək, sadəcə olaraq ondan kənarda qalacağıq. Hakimiyyətin və hakim çoxluğun missiyası budur: daha doğrusu, milli dəyərlərimizə söykənərək dövlətimizi daha da yaşadacaq, onun xoşbəxt gələcəyinə yol açacaq həyati transformasiyalara rəhbərlik etmək”.

Hafta.az xəbər verir ki,  news.am-ın yaydığı məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin 2021-2026-cı illər üçün 2024-cü il proqramının icrasının gedişi və nəticələrinə dair hesabatın müzakirəsində yekun çıxışı zamanı deyib.

Parlamentdə səslənən tənqidlərə baxmayaraq, Paşinyan müxalifətin qaldırdığı məsələlərin dərindən həllinin yuxarıda qeyd olunan proseslə bağlı olduğu fikrini bildirib.

“Müzakirələr zamanı müxalif tərəfdaşlarımız Ermənistan vətəndaşlarında dövlət mərkəzli islahatlarla bağlı qorxu və təşviş aşılamaq üçün əllərindən gələni etdilər. Onlar daşınmaz əmlak vergisinə qarşı qəzəb yaratdılar, halbuki, göstərdiyim kimi, bu vergilər olmadan heç bir vətəndaşın rifahı mümkün deyil. Onlar şəffaf və hesabatlı təcrübələrə qarşı qəzəb və ikrah hissi doğurdular, baxmayaraq ki, onsuz ictimai birlik və sosial ədalət mümkün deyil. Onlar ümumbəşəri bəyannamə qorxusu yaratdılar, baxmayaraq ki, bu sistem ehtiyacı olan adamdan heç nə götürmür, sadəcə olaraq səhiyyə və təhsilə sərmayə qoymaq üçün on milyardlarla dram verir”, -deyə Ermənistan Baş naziri vurğualyıb.