Özbəkistan işsizlik səviyyəsinə görə MDB ölkələri arasında üçüncü yerdədir.
Hafta.az-ın yazdığına görə, Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin məlumatında deyilir ki, 2025-ci ilin ikinci rübündə işsizlik səviyyəsi 5,1 faiz təşkil edib ki, bu da ötən ilin 5,5 faizlik göstəricisindən xeyli aşağıdır.
Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqında işsizlik səviyyəsi 6 faiz təşkil edib. Onu da qeyd etmək lazımdır ki, Aİ-nin inkişaf etmiş ölkələrində bu ilin ikinci rübündə işsizlərin xüsusi çəkisi artıb, Özbəkistanda isə azalıb.
İşsizliyin ən yüksək olduğu MDB ölkəsi Ermənistanda iş axtaranlar 14 faizdir. Cənubi Qafqazın digər ölkəsi olan Azərbaycanda isə işsizlərin sayı 5,3 faiz civarındadır ki, bu da Avropa İttifaqındakı göstəricidən xeyli aşağıdır.
İşsizlərin sayına görə Qazaxıstan 4,6 faizlə dördüncü yerdədir. Rusiya isə MDB məkanında ən aşağı işsizlik səviyyəsinə malikdir - 2,2 faiz.
2024-cü ildə Özbəkistan MDB ölkələri arasında işsizlik səviyyəsinə görə ikinci olub. Ötən ilin sonunda siyahıya 1,9 milyon işsizlə Rusiya liderlik edib. Özbəkistanda isə bu rəqəm 836,4 min nəfər olub. Qırğızıstanda rəsmi olaraq ən az işsiz qeydə alınıb – 104700 nəfər.