Ermənistan prezidentindən SÜLH AÇIQLAMASI

19:19 27.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına nikbin baxır, çünki bu ərazidə qonşuların dinc mövcudluğu olmadan irəliləmək mümkün deyil. Bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan alman nəşrinə müsahibəsində deyib.

Hafta.az bildirir ki, onun sözlərinə görə, Ermənistan regionda dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıdır.

“İndi bu realdır, xüsusən də vasitəçilər olduğu üçün. Biz bu imkanlardan istifadə etməliyik”, - deyə o bildirib.

Ermənistan prezidenti xatırladıb ki, bu, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçüncü görüşdür və bu, ümid verir ki, Aİ bu işi başa çatdırmaq istəyir, yəni Ermənistanla Azərbaycan arasında sülh haqqında sənəd imzalanana qədər.

“Əlbəttə, bu, çətin yol olacaq, çünki münaqişə 1990-cı illərdən davam edir. Amma əsas odur ki, hər iki tərəfdə istək var və hər iki tərəfin razılığa gəlməsinə kömək etmək istəyənlər var”, - Xaçatryan bildirib.

Onun sözlərinə görə, əsas odur ki, insanlar istənilən hərbi əməliyyatı qeyri-mümkün edə bilsinlər.
“Sülh müqaviləsi imzalanandan sonra birgə dinc yanaşı yaşama erası başlamalıdır”, - deyə Ermənistan prezidenti yekunlaşdırıb.