“Ermənistan Respublika Partiyası və Serj Sarkisyanın tərəfdarları uzun illərdir ki, özünü Robert Köçəryanın tərəfdarı kimi təqdim edən bu və ya digər muzdlu, düymə basmaqla fəaliyyət göstərən şəxslərin xırda hücumlarına dözürlər və nə vaxtsa bizim buna dözməyə artıq səbrimiz çatmayacaq.
Hafta.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu “Şərəf duyuram” fraksiyasının rəhbəri Hayk Mamicanyan bu gün, martın 25-də Milli Assambleyada jurnalistlərlə söhbətində “Serj Sarkisyan və Robert Köçəryan tərəfdarları arasında “duel” başa çatıb, yoxsa bu, müvəqqəti atəşkəsdir?” sualına münasibət bildirərkən qeyd edib.
"Bir yalançı 10 doğru cavab alacaq. Haqqımızda olan bütün yalanların altında o qədər çirkab var ki, bu barədə sonsuz danışa bilərik, ona görə də “duel” bitməyib və nə vaxt bitəcəyini deyə bilmərik", - terrorçu eks-prezident, Xocalı canisi erməni deputat belə deyib.