Güney Azərbaycanda farslaşdırma dağın zirvəsinə də çatdı

09:30 21.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk varlığından narahat olan İranda molla rejiminin tərəfdarlarının dil və mədəniyyətin yaşamasına mane olan antitürk əhval-ruhiyyəsi bir daha gündəmə gəlib.

Hafta.az-ın QHA-ya istinadən yazdığına görə, Həmədan bölgəsindəki Elvənd dağının Kərqalan zirvəsinin adı uydurma şəkildə fars dilinə tərcümə edilib. Məlumata əsasən Azərbaycan türkcəsində “qarın yığıldığı yer” mənasını verən Kərqalan zirvəsinin adının “qarğa” sözündən törədiyini iddia edərək, farscaya “Kalağ Lana” kimi tərcümə ediblər.

Türkcəni təhrif edərək başqa dilə çevirən bir qrup anti-türkün bu münasibəti sosial mediada gülüş obyektinə çevrilib.