Hava hücumundan müdafiə bölmələrinin taktiki təlimləri keçirilib - VİDEO

17:38 28.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
 

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, praktiki atışlar zamanı heyətlər tərəfindən şərti düşmənin hava hədəfləri aşkar olunaraq daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib.

Şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.