Hər gün 4100-dən çox insan vərəmdən ölür

14:20 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və hər gün 4100-dən çox insan bu xəstəlikdən vəfat edir”.

 

Səhiyyə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, bunu səhiyyə naziri Teymur Musayev “Stop Vərəm” Tərəfdaşlığının İdarə Heyətinin onlayn formatında keçirilən 35-ci toplantısında çıxışı zamanı deyib.

 

T. Musayev qeyd edib ki, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə dövlət proqramları hesabına vərəmə qarşı dərmanların alınması və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb: 

 

“Eyni zamanda, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir. Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.

Oxunma sayı 45
Gündəm rubrikasından digər xəbərlər