“Çin bugünkü qlobal Cənubun əsas mərkəzi qismində çıxış edir. Çindən Avropaya yönələn strateji kommunikasiyaların böyük əksəriyyəti "bir kəmər, bir yol" layihəsi çərçivəsində Azərbaycan üzəridən Qərbə yönəlir. Beləliklə, həm Çin-Azərbaycan arasındakı tarixi əlaqələr, həm də bugünkü milli maraqların uzlaşması iki ölkə arasında strateji tərəfdaşlığı zəruri edən şərtlər kimi çıxış edir”.
Bunu Hafta.az-a deputat Hikmət Məmmədov Azərbaycan Prezidentin Çin mediasına son müsahibəsi, həmçinin aprelin 9 da beyin mərkəzləri ilə görüşdə Çinlə bağlı dediyi fikirləri fonunda açıqlama verərkən bildirib.
H.Məmmədov Çin - Azərbaycan münasibətlərinin öz tartixinin yüksək mərhələsinə qədəm qoyduğunu qeyd edib.
“Təqribən bir il bundan əvvəl Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Strateji tərəfdaşlığın ikitərəfli münasdibətlər üçün yarada biləcəyi mümkün hüquqi şərtlərin ortaq öhtəçiliklər üçün səciyyəvi xüsusiyyətləri var. Ona görə də Azərbaycan Prezidenti 9 aprel tarixində ADA universitetində keçirilən beynəlxalq forum zamanı bir daha Çin-Azərbaycan münasibətlərinə xüsusi toxunaraq məhz iki dövlət arasında imzalanan strateji tərəfdaşlıq haqqında müqaviləni yada salmış oldu. Azərbaycan Prezidenti yeni bir tezis irəli sürərək, Azərbaycanı qlobal Cənubun tərkib hissəsi kimi xarakterizə etdi”, - H.Məmmədov deyib.
Deputat eyni zamanda qeyd edib ki, əgər biz yeni dünya düzəninə doğru hərəkət edərkən Çin ağırlıqlı bir qlobal Cənubdan danışır və Azərbaycanı da onun tərkib hissəsi kimi görürüksə, deməli Çin -Azərbaycan münasibətlərinin çox dərin perspektivləri var.
“Ona görə də Çin bu gün dünyanın "olmazsa-olması" mövqeyidədir. Bəzi güc mərkəzləri vahid mərkəzdən idarə olunan təkqütblü dünya görmək istəyir. Bu gücün qarşısında duracaq çox azsaylı milli aktorlardan birincisi Çindir. Yeni dünya düzəninin çoxqütblü olması isə milli dövlətlər üçün yeni imkanlar yeni perspektivlər deməkdir. Çünki orta və kiçik miqyaslı dövlətlər böyük dövlətlərin təzyiqindən yalnız çoxsaylı qütblər olarsa yayına bilərlər. Ona görə də Azərbaycan bunun fərqindədir və Çinlə strateji əməkdaşlığa xüsusi diqqət yetirir. İkitərəfli münasibətlər uzun müddətli perspektivdə iki ölkə arasında iqtisadi,siyasi, humanitar müstəvidə daha dərin strateji üfiqlər açacaqdır”, - deputat deyib.