Kafedə 41 yaşlı kişi bıçaqlanıb

09:21 11.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd olunub ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun sinə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə baş inspektor bildirib.