Kilan Lebon: “Qarabağ”a qarşı gözəl oyunla qalib gəlməyə çalışacağıq

17:53 29.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Neftçi” kimi tarixi zəngin olan klubda çıxış etdiyim üçün çox xoşbəxtəm”.

Bu sözləri “Neftçi”nin fransalı futbolçusu Kilan Lebon özü üçün təşkil olunan mətbuat konfransında deyib.

O, “Neftçi”nin iştirak etdiyi bütün turnirlərdə iddialı olduğunu bildirib: “Bu komandanın hədəfi ölkə çempionatında, kubokda və beynəlxalq yarışlarda nəticə əldə etməkdir. Ona görə də təzyiqlər çox olur”.

27 yaşlı yarımmüdafiəçi əvvəlki mövsümlərlə müqayisədə qol sayının az olmasına baxmayaraq, ruhdan düşmədiyini söyləyib: “Bu mövsüm bir qol vurmuşam, amma məhsuldar ötürmələrin sayı çoxdur. Düzdür, zədə səbəbindən iki həftə komanda ilə olmadım. İndi özümü çox yaxşı formada hiss edirəm. Futbolda hər şey olur. Mövsümün sonunda vurduğum qolların sayı çox da ola bilər”.

K.Lebon həftəsonu Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə də danışıb: “Çox çətin qarşılaşma olacaq. Hər iki komanda arasında güclü rəqabət var. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Düzdür, bəzən hər şey bizim istədiyimiz kimi getmir. Lakin yaxşı oyunçularımız var. “Qarabağ”a qarşı gözəl oyunla qalib gəlməyə çalışacağıq”.

Oxunma sayı 114