Mariya Odriskol : Faşizmin izləri insanı dəhşətə gətirir

16:52 06.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İnsan övladı belə vəhşilik törədə bilməz. Belə vəhşiliyi törədənlərə insan demək olmaz. Heç cür anlaya bilmirəm ki, bu vəhşiliyi insan törədib. Faşizmə rəğbət bəsləyənlər insan deyillər.

Bu fikirləri Fransanın əhalisi faşistlər tərəfindən amansızlıqla qətlə yetirilən Oradur-sür-Qlan qəsəbəsinin ziyarətçisi Mariya Odriskol AZƏRTAC-a müsahibəsində söyləyib.

O qeyd edib ki, dünyada faşizmin səbəb olduğu cinayətlərin misli-bərabəri yoxdur. Buradakı vəhşiliyin miqyasını təsəvvür edə bilmirəm. müasir dövrdə də faşist ideologiyasına xidmət edənlər mütləq cəzalarını almalıdırlar.

“Qəsəbədəki yandırılmış evləri görəndə deməyə söz tapmadım. Faşizmin izləri insanı dəhşətə gətirir. Burada hər tərəfdən qəm, qüssə, kədər yağır”, - deyə M. Odriskol bildirib.

Oxunma sayı 495