Yazını böyüt
Yazını kiçilt
Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi El Salvador və Kosta-Rika ilə yoldaşlıq görüşlərində iştirak etməyəcək.
Hafta.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb. Forvard əzələ zədəsi səbəbindən matçı buraxacaq. Oyunlar martın 23 və 26-da keçiriləcək.
Qeyd edək ki, Messi zədə səbəbindən MLS-də "DC Yunayted"lə görüşü buraxmışdı.