Yazını böyüt
Yazını kiçilt
"İnter Mayami"nin futbolçusu Lionel Messi ölkə çempionatlarında 500-cü qolunu vurub.
Hafta.az xəbər verir ki, 37 yaşlı hücumçunun yubileyi MLS- in 3-cü turunda "Orlando Siti" ilə oyunda qeydə alınıb. O, 56) hesabı ilə qalib gəldikləri oyunda dubl edib.
Messi "Barselona"da oynayarkən La Liqada 474, PSJ-nin futbolçusu kimi Liqa 1-də 22 qol vurub. MLS-də isə onun 4 qolu var.
Qeyd edək ki, Lionel Messi bütün rəsmi turnirlərdə 891 matçda 722 qol vurub və 345 məhsuldar ötürmə edib.