Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb

17:25 26.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Mərkəzdən Hafta.az-a verilən məlumata görə, tədbirdə Xocalı qurbanlarının xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. 

Mərkəzin müdiri, professor Tarek Məhəmməd və orada təcrübədə olan BDU-nun Şərqşünaslıq fakültəsinin bir qrup tələbəsi  Xocalıda baş verən qətliamlardan söz açıb, öz kədərlərini bölüşüblər.