Misir Senatının sədri Fəxri xiyabanı ziyarət edib

13:38 26.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razek mayın 26-da Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Hafta.az xəbər verir ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.