Mövlud Çavuşoğlu və Ceyhun Bayramov telefonla danışıb

13:50 19.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.

 

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon söhbətində Azərbaycanın Qoşulmama Hərəkatına (NAM) müddətli rəhbərlik etməsi, Fələstindəki son hadisələr müzakirə edilib.

 

Bundan əlavə, Qarabağdakı son hadisələr barədə də fikir mübadiləsi aparılıb.