Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

11:20 16.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - nazirlikdən qeyd olunub.

Oxunma sayı 76
Gündəm rubrikasından digər xəbərlər