Namidan Piriyev NİİM-ə rəhbər təyin edilib

13:47 27.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Namidan Piriyev Daxili İşlər Nazirliyinin tərkibində olan Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) rəhbər təyin edilib.

Hafta.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə təsdiq ediblər.

Qeyd edək ki, polis polkovnik-leytenantı N.Piriyevindiyə qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.