Şimali Kipr Türk Respublikasının (KKTC) prezident Ersin Tatar 18 may 1944-cü ildə Krım tatarlarının deportasiyası və soyqırımının 81-ci ildönümü ilə bağlı QHA-ya müsahibəsində deyib ki, ailəsinin soyadı tatar olduğu üçün özünü həmişə tatar hesab edir.
Hafta.az-ın yazdığına görə, Tatar deyib: "Krım deyəndə ürəyimdə hər zaman bir qığılcım alovlanır. 18 may faciəsində həyatını itirənləri rəhmətlə yad etmək istəyirəm. Buradan bütün qazilərimizə minnətdarlığımı bildirirəm. Kipr türkləri də çox çətinliklərdən keçiblər və burada dövlətçiliyimizin böyük əvəzini ödəmişik. İnşallah bu coğrafiyada Krımda olan türklərin gözləntiləri yerinə yetər, amma tatar qardaşlarıma səbirli olmalarını, öz milli şüurumuzu, inanclarımızı, mədəniyyətimizi almalarını arzulayıram. Düşünürəm ki, tatar uşaqlar öz dillərində, dinlərində və mədəniyyətlərində təhsil almalı və cəmiyyətə inteqrasiya olunmalıdır. Çünki onlar gələcəkdə mütləq tatarlar üçün mübarizə aparacaqlar və inşallah mütləq istəklərinə çatacaqlar. Unutmayın ki, Şimali Kipr Türk Cümhuriyyətində bir Tatar prezident var. Əgər təsadüfən Krımdan bura yolu düşən olsa, sizi burada görməkdən çox məmnun olaram”.
Xatırldaq ki, 1944-cü il mayın 18-də Stalinin göstərişi ilə Sovet hökuməti bütün Krım tatarlarını Krımdan deportasiya etdi. Sürgün zamanı Krım tatar kişilərinin əksəriyyəti alman faşist ordusuna qarşı vuruşmuşdu. Krım tatarları, əsasən qadınlar, uşaqlar və qocalar heyvan daşınan vaqonları yüklənərək Türküstana, Urala və Sibirə sürgün edildi. Krımdan sürgün edilən 420 mindən çox Krım tatarının 46 faizi aclıq, susuzluq və xəstəlik kimi müxtəlif səbəblərdən sürgünə gedən yolda və ya getdikləri yerlərdə həyatını itirib.
Sovet hökuməti Krımın demoqrafik strukturunu dəyişməyi qarşısına məqsəd qoymuşdu, lakin Krım tatarları öz qopardıqlarını - Krımı heç vaxt unutmadılar. Onlar sürgün illərində vətənlərinə qayıtmağa səy göstəriblər. Nəhayət, 1989-cu ildə Krım tatarları tədricən öz ata-baba yurdlarına qayıtmağa başladılar. Amma təqribən 150 min Krım tatarı maddi çətinliklər və hüquqi maneələr səbəbindən sürgün yerlərində qalmağa davam etdi.
2015-ci ildə Ukrayna Parlamenti Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyıb və mayın 18-ni “Krım tatar soyqırımı qurbanlarının anım günü” elan edib.
2015-ci ildə Krım tatarlarının deportasiyası Ukrayna Parlamenti tərəfindən soyqırım kimi tanındıqdan sonra, 2019-cu ildə Latviya və Litva parlamentləri, 2022-ci ildə Kanada parlamentinin İcmalar Palatası, 2024-cü ilin iyulunda Polşa Seymi, 2024-cü ilin oktyabrında Estoniya parlamenti (Rigikogu) və 2024-cü ilin dekabrında Çexiya parlamenti soyqırım kimi tanıyıb.