Ohanyan Qarabağdan köçmüş ermənilərlə qapalı görüşdə “Dağlıq Qarabağ səhifəsi qapanmayıb”- dedi...

14:15 10.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xocalı canisi, terrorşu eks-prezident Robert Köçəryanın lideri olduğu “Hayastan” blokunun Ermənistan parlamentindəki  fraksiyasından olan deputatlar: digər Xocalı qatili- Rusiyanın 366-cı alayının keçmiş tabor komandiri və Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan və Artsvik Minasyan Qarabağdan köçmüş ermənilərin martın 29-da keçirilən etiraz aksiyasından sonra qurduqları çadırlarına baş çəkiblər.

Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

Görüş zamanı Ohanyan Qarabağdan köçkün ermənilərə onların təşəbbüsünü dəstəklədiklərini bildirib və əlavə edib ki, “Dağlıq Qarabağ səhifəsi qapanmayıb”.

Görüşün media üçün açıq seqmentində məsələlərin müzakirə ediləcəyi, müzakirənin isə media üçün qapalı olacağı qeyd edilib.