Ötən gün təhvil verilən silahların sayı

12:30 28.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 27-də polis əməkdaşları Bakı və rayonlarda 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.