Özbək aktivist rus dilinə sərt reaksiya verdi!

09:05 10.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın paytaxtı Daşkənddə tanınmış fenomen Hocıakbar Nosirov qəhvəxanada rus dili ilə bağlı mübahisəsini lentə alaraq sosial şəbəkədə paylaşıb. Qəhvəxana işçilərinin ona rusca müraciət etdiyini deyən Nosirov bu vəziyyəti tənqid edib.

Hafta.az-ın yazdığına görə, onun yerləşdirdiyi videoda o, qəhvə almaq üçün qəhvəxanaya gedib və kassadakı özbək qız ondan rusca “Nə sifariş vermək istərdin?” deyə soruşub. Əvvəlcə kassirin rusca danışdığını anlamadığını bildirən fenomen, ikinci dəfə ona rus dilində sual verəndə kassirə reaksiya verdiyini bildirib. O, həmin anları aşağıdakı ifadələrlə təsvir edib:

“Mən özbək qıza baxıram. Yenə məndən soruşmağa başladı.  Sonra ayağa qalxıb dedim ki, “mənə bax, sən özbəksən?” soruşdum. “Bəli, özbəkəm” dedi. “Mən də özbəkəm, niyə mənimlə rusca danışırsan?" soruşdum. Mən bunu deyəndə nəsə fikirləşdilər və başqa nəsə lazım olub-olmadığı soruşdu. Mən “yox” dedim və bu onu bir az utandırdı”, - fenomen bildirib.

Yaşadığı hekayəni danışdıqdan sonra tamaşaçılara müraciət edən Nosirov Özbəkistanda yaşayan və özbək olan insanların bir-biri ilə özbək dilində danışması lazım olduğuna diqqət çəkib. "Burada önəmli olan onun davranışıdır, başqa heç nə. Biz Özbəkistandayıq. Bax, siz də, mən də özbəkik, mənimlə özbəkcə danışın... Ümumiyyətlə, sizin biznesiniz nə rusdur, nə də rus dilində!” – o, videoda bildirib.

Danışıq dilinin çox vacib olduğunu bildirən fenomen deyib: "Bunlar özbək dilinin itməsinə səbəb olan iş yerləridir. Eyni zamanda, oxşar şirkətlər Özbəkistanda işləmək istəyən və özbək dilini bilən insanlardan rus dilini bilmələrini tələb edirlər. Müştərilərinin 90 faizi özbəklərdir. Bütün işçilərinizin rus dilində danışmasının nə mənası var, məntiq haradadır?".

Nosirov, “Kim özbəkə rusca sual verirsə, utanmalıdır”, - deyə əlavə edib.

Şirkət rəhbərliyi yaranmış vəziyyətə görə üzr istəyib. O, şirkətin özbək dilini rəsmi dil kimi tanıdığını, belə hadisələrin bir daha təkrarlanmaması üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

Video yayımlandıqdan sonra sosial şəbəkə istifadəçiləri məsələnin aktuallığından, bəzi satış və xidmət məntəqələrində xidmət dilinin rusca olmasından narahat olduqlarını bildiriblər ki, bu da rus dilini bilməyən vətəndaşları pis vəziyyətə salır.