Yazını böyüt
Yazını kiçilt
Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda Konstitusiya Məhkəməsinin Azərbaycanla sülh sazişini təsdiqləmədiyi təqdirdə konstitusiyaya dəyişiklik edilməsi prosesinə başlayacağını bəyan edib.
Hafta.az-ın News.am-a istinadən yazdığına görə, Paşinyan deyib: “Biz sülh prosesini və razılaşmanı əldən verə bilmərik”.
Paşinyan bəyan edib ki, Bakı sülh sazişini iki əsas şərtə bağlayıb: Birinci şərt Ermənistan konstitusiyasına dəyişiklik etmək, ikincisi isə ATƏT-in Minsk Qrupunu buraxmaqdır.
Paşinyan bu tələbləri ağlabatan hesab etdiyini deyib.