Paşinyan Koçaryanı təhqir etdi - "Oğru, qorxmursansa..."

15:07 30.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda seçkilər yaxınlaşdıqca tərəflərin bir-birinə qarşı ittihamları təhqirə keçməkdədir. Belə ki, baş nazir vəzifələrini icra edən Paşinyan Robert Koçaryanı "oğru" adlandırıb.

Hafta.az xəbər verir ki, Paşinyan bu seçkilərin ermənilər üçün 1996-cı ildən  sonra saxtakarlıqla keçirilən seçkilərə görə qisas almaq şansı verdiyini söyləib. Bildirib ki, bu seçkilərə vaxtilə "seçicilərin səsini oğurlayan" (Koçaryanı nəzərdə tutur) qüvvələr də qatılır.

O Ter-petrosyan və Koçaryanı iyunun 18-də açıq debata səsləyib. "Qorxmursunuzsa, gəlin debatda qaşılaşaq".