Paşinyan xanımı ilə birgə Zəngəzurda kilsələri gəzdi, velosiped sürdü... - FOTOLAR

10:00 13.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Aprelin 12-də Ermənistanın baş naziri Nikol Paşinyan xanımı Anna Akopyanla birlikdə Meqriyə səfərinin videosunu yayıb.

Hafta.az xəbər verir ki, bu haqda “Lurer” nəşri məlumat yayıb.

"Biz Meğridə  Bakirə Məryəm və  Yəhya kilsələrində olduq”, -Paşinyan videoya şərhdə belə yazıb.

“Armtimes” və digər nəşrlərinin yaydığı məlumata görə, dünən Ermənistan baş naziri N.Paşinyan Meğridə, yəni tarixi Zəngəzur ərazisində  növbəti velosiped yürüşü də keçirib. Bundan əlavə, o, xanımı A. Akopyanla birgə Megri şəhərində “Təhsil dəbdədir” layihəsinin növbəti tədbirinə qatılıblar.