Paşinyandan ilk dəfə Qurban bayramı TƏBRİKİ

19:34 06.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikası və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Hafta.az xəbər verir ki, bu barədə Nikol Paşinyan rəsmi “X” hesabında paylaşım edib.

“Azərbaycan Respublikasını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh, rifah və tərəqqi arzulayıram,” – deyə Paşinyan qeyd edib.