Yazını böyüt
Yazını kiçilt
Bakıda müntəzəm marşrut xəttinin hərəkət sxemi dəyişdirilib.
Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər.
Buna səbəb kimi yolda aparılan təmir işləri göstərilir. Belə ki, İnqilab İsmayılov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 104 nömrəli müntəzəm marşrutun hərəkət sxemi təmir işləri yekunlaşana qədər alternativ yolla təşkil ediləcək.