Prezident: Azərbaycan yaxın vaxtlarda 9-cu beynəlxalq hava limanını istifadəyə verəcək

13:29 21.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında deyib.

Dövlətimizin başçısı vurğulayıb ki, 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.