Prezident: Bu gün Türkiyə-Azərbaycan dostluq qardaşlıq tarixində önəmli bir gündür

18:01 05.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyə-Azərbaycan dostluq qardaşlıq tarixində önəmli bir gündür. İğdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.

Hafta.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”.