Prezident Xanım İbrahimovanı geri çağırdı

11:40 24.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfirinin vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Hafta.az-ın məlumatına görə, sərəncama əsasən, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.