Prezidentin Ağdam səfəri dünyanın da diqqət mərkəzindədir - Eldar Quliyev

12:29 01.06.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ağdam Qarabağın mərkəzi, Azərbaycan xanlarının məskən saldığı tarixi tikililəri, abidələri olan gözəl bir şəhər olub. İşğal altında qaldığı ərəfədə ermənilər şəhərdə bir dənə də olsun sağlam bina saxlamayıb. Ermənilər nəinki yaşayış binalarını, hətta tarixi abidələrin hamısını söküb aparıb, dağıdıblar”.

Bunu hafta.az-a Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə bağlı müəyyən nüanslarla bağlı açıqlamasında bildirib.

“Nəhayət ki, 30 ildən sonra Ali Baş Komandanın iradəsi, ordumuzun  şücaəti nəticəsində torpaqlarımızı azad elədik. Hazırda həmin rayonlarda, o cümlədən Ağdamda quruculuq işləri gedir. Prezident yeni Ağdamın təməlini qoydu. Bərpa və yeni layihələrin işlənməsi ilə yanaşı, Ağdamda Məscidinin bərpası ilə bağlı göstərişlər verib”.

E.Quliyev Prezidentin Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünü, bilavasitə Qarabağın və digər azad olunmuş bölgələrdə görüləcək işlər ətrafında aparılan müzakirələri qeyd edərək, bu prosesdə Azərbaycanın yanında olan Türkiyə Cumhuriyyətinin şirkətlərinə xüsusilə yer verildiyini önə çəkib. Deputat bildirib ki, müharibə dönəmində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi  kimi ardıcıl olaraq ölkənin ayrı-ayrı nazirlikləri ölkəmizə işgüzar səfərlər edərək, Azərbaycanın işğaldan sonrakı inkişaf prosesinə qatlır.  Artıq Türkiyənin müəyyən mütəxəssisləri və iş adamları Bakıya gəlirlər.  

Deputat bildirib ki, Prezident İlham Əliyevin Ağdama səfəri bütün dünya ictimaiyyətinin diqət mərkəzindədir. Onun sözlərinə görə, proses Ermənistanda da diqqətlə izlənir.

“Paşinyanın son vaxtlar etdiyi çıxışlar regionla bağlı müəyyən proseslərin getdiyini ortaya qoyur. 10 noyabr bəyannaməsi də kommunikasıyaların açılmasını və Zəngəzur dəhlizinin qurulmasını tələb edir. Lakin biz yenə də regionda erməni təxribatlarını müşhidə edirik”.

E.Quliyev bildirib ki, Azərbaycan Ağsaqqsllar Şurası həmişə olduğu kimi bu prosesin inkişafında özünün rolunu oynamağa çalışır.

“30-40 yaşlarında torpaqları işğal olunmuş ərazilərdən gələn insanlar, indi ağbirçək, ağsaqqaldırlar. İndi sağ qalan o rayon insanları ürək yanğısı, həm də böyük sevgi ilə öz yurdlarına dönürlər. Bu qayıdış hər bir ağsaqqalın, arzus idi. Ağsaqqallar Şurası və onun sədri kimi bizim arzumuz həmişə torpaqlarımızı azad edib o yerlərə dönmək olub. Prezident çox sağ olsun ki, Azərbayan xalqını bu məşəqqtdən qurtardı. Biz həmişə dua edirdik ki, bu problemi həll edək ki, gələcək nəsllərə qalmasın. Prezident qətiyyətini ortaya qoydu, təzyiqlərə baxmayaraq torpaqları azad etdi. Ağsaqqallar bu prosesdə daim xalqın  yanındadır. Düzdür bu gün  ərazilərin minalanmasına görə işğaldan azad olunan torpaqlara gedə bilmirik.  İndi ora gedib ev tikə bilməsək də,  torpaqlar təmizlənəndən sonra ağacların əkilməsində iştirak edəcəyik”.