Yazını böyüt
Yazını kiçilt
Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Beyləqan rayonunun Şərq qəsəbəsinin yaxınlığından keçən hissəsində qamışlıqda yanğın baş verib.
Hafta.az xəbər verir ki, əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa vaxtda söndürülüb.