Qarabağdakı ermənilərə Rusiyada xüsusi təlim keçiriləcək - TƏXRİBAT

18:44 20.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya  Azərbaycan Respublikasının suverenliyinə qarşı növbəti addım atıb. Belə ki, Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingenti Qarabağdakı separatçı-terrorçu rejimin qanunsuz “fövqəladə hallar nazirliyi”nin şəxsi heyətinin hazırlanması və ixtisasartırma planına uyğun olaraq”  Xankəndində  təlim sınaqları təşkil edib.

Hafta.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.

“Mayın 10-dan Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzinin təşkilatçılığıyla Rusiyanın Ufa şəhərindən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilən təlim sınaqlar uğurla başa çatıb və xilasedicilərə ixtisas sertifikatları verilib. İxtisaslı təlimatçıların ən yaxşıları Ufaya gedəcək, orada kurslarda iştirak etməyə davam edəcəklər, bundan sonra onlar da öz növbəsində Artsax üçün yeni kadrlar hazırlayacaqlar…

Fövqəladə hallar nazirinin birinci müavini Artyuş Qriqoryanın sözlərinə görə, Rusiya-Ermənistan Humanitar Cavab Qərargahı mühüm işlər görür, iki ölkənin departamentləri arasında sıx və səmərəli əməkdaşlığı daha da gücləndirir. Nazir müavini əlavə edib ki, müntəzəm təlimlər nəticəsində xilasedicilərin nəzəri və praktiki bacarıqlarının artırılması yüksək qiymətləndirilir…

Ufadakı “ProfService” təlim mərkəzinin direktoru Svetlana Çerkasova öz növbəsində bildirib ki, erməni xilasedicilər təlim zamanı yaxşı nəticələr əldə ediblər”- erməni nəşrlərinin yaydığı xəbərdə belə deyilir.

Şübhəsiz ki, Azərbaycanın müvafiq qurumları Rusiya tərəfinin bu addımına qarşı gərəkli münasibət bildirəcək…

Oxunma sayı 966
Gündəm rubrikasından digər xəbərlər