Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb

23:28 17.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“BMT Baş katib Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib”. 

Hafta.az bildirir ki, bunu BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb.

O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər: “Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”.

Fərhan Haq vurğulayıb ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.