Yazını böyüt
Yazını kiçilt
“Azərbaycanın Qarabağda əldə etdiyi şanlı qələbəsindən sonra regionda yeni geosiyasi reallıqlar yaranıb”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Rizvan Nəbiyev deyib.
Deputat yeni reallıqların son vaxtlar keçirilən beynəlxalq tədbirlərin nümunəsində ifadə olunduğunu qeyd edib. O, ADA-da keçirilən beynəlxalq tədbiri və digər nümunələri önə çəkib. Deputat həmin tədbirdə ölkə başçısının Ermənistanın revanşist siyasət yürütməsi ilə bağlı fikirlərinin tarixi əsaslara söykəndiyini faktlarla diqqətə çəkib.