Rusiya 2022-ci il fevralın 24-dən etibarən Ukraynaya qarşı başlatdığı hərbi hücumlarında cəbhə xəttində canlı qüvvə və texnika baxımından böyük itkilər verir. Cəbhədə əsgər çatışmazlığı yaşadığı üçün Rusiyanın itkiləri günü-gündən artmaqda davam edir.
Hafta.az-ın yazdığına görə, Rusiya qoşunlarının müharibənin ilk günündən bu günədək (17 mart) verdiyi ümumi itki ən az 895450 nəfərdir və bu itkilərin 1210-u son 24 saat ərzində baş verib.
Ukrayna Baş Qərargahının açıqlamasında Rusiya ordusunun son sutka ərzində Ukraynada təxminən 1210 əsgər, 19 tank, 11 zirehli döyüş maşını və 37 artilleriya sistemi itirdiyini bildirib.
Açıqlamada, həmçinin müharibənin ilk günündən indiyədək Rusiya ordusunun Ukraynada toplam 10363 tank, 21500 zirehli döyüş maşını, 24635 artilleriya sistemi, 1319 reaktiv yaylım atəşi sistemi, 1104 hava hücumundan müdafiə sistemi, 370 döyüş təyyarəsi, 331 helikopter, 29521 əməliyyat və taktiki PUA, 28 döyüş gəmisi, 1 sualtı qayıq, 40886 maşın və yanacaq çəni və 3800-dən artıq xüsusi hərbi texnika itirib.