Rüstəm Muradov ermənilərin "böyük qardaşıdır" - ERMƏNİ POLKOVNİK

14:58 28.05.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Dağlıq Qarabağdakı Rusiya Sülhməramlılarının rəhbəri general Rüstəm Muradov müstəqil hərəkət edə bilməz. O, hərbiçidir. Rusiyanın Müdafiə Nazirliyi və Baş Qərargahına tabedir. Lakin vəzifəsinin öhdəsindən ideal gəlir.

Hafta.az xəbər verir ki, bu fikirləri Rusiya sülhməramlılarının nəzarətində qalan ərazilərdə fəaliyyətini davam etdirən separatçı rejim "prezidentinin" xüsusi məsələlər üzrə müşaviri olmuş erməni polkovnik Boris Avakyan deyib.

“Muradov mümkün olmayanı edir. O, Ermənistan və Rusiya arasındakı əsrlərə dayanan dostluğun simvoludur. Muradov ermənilərin "böyük qardaşıdır", hansı ki, çətin vəziyyətdə "kiçik qardaşların"a yardıma gəlib” – deyə o bildirib.