Sahibə Qafarova yeni Papanın taxtaçıxma mərasimində iştirak edib - FOTO

21:59 18.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 18-də Vatikanda Müqəddəs Pyotr meydanında Roma Papası XIV Leonun taxtaçıxma mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Milli Məclisin sədri mərasim çərçivəsində keçirilmiş görüşdə Papa XIV Leoya Roma papası seçilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.