Şəmkirdə yol qəzası olub

10:02 20.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsi yolunda qeydə alınıb.

Hərəkətdə olan "Qazel" markalı mikroavtobus yola çıxan mal-qara səbəbindən idarəetməni itirib. Nəticədə mikroavtobus maneə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.