Hesab edirəm ki, orada yerləşdirilmiş sülhməramlıların əsas missiyası daimi deyildir. Onlar öz missiyalarını həyata keçirdikdən sonra öz ölkələrinə geri dönəcəklər.
Bu fikirəri hafta.az-a Xankəndinin millət vəkili Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, müharibədən sonra olacaq reallıq hər bir tərəfə, o cümlədən Ermənistana, onun havadarlarına, bizim regionda olan istənilən ölkəyə göstərir ki, onlar öz hərəkətlərində korrektə etməlidirlər:
"Azərbaycan Respublikası öz milli maraqları çərçivəsində addımları müstəqil şəkildə atır və tərəfdaşlarımıza da biz bunu bildiririk. İstər Rusiya, istərsə də qardaş Türkiyə ilə münasibətlərimizi elə qururuq ki, dialoq və tərəfdaşlıq çərçivəsində Rusiya sülhməramlıları məhz 3 tərəfli sazişdən sonra Qarabağda öz fəaliyyətlərini sülh yaratmaq missiyası çərçivəsində həyata keçirib, missiyalarını bitirib geri dönəcəklər. Sülh yarandıqdan sonra artıq sülhməramlılara da ehtiyac olmayacaq. Əgər regionda sülh varsa, erməniəsilli vətəndaşlar azərbaycanlılarla birgə Azərbaycan Respublikasının Konstitutsiyasına hörmət edərək, sülh və firavan yaşayacaqlarsa, sülhməramlılara da ehtiyac olmayacaq. Qaldı ki, sülhməramlıların Xocalıda parad keçirməsinə münasibətimə, sözün açığı, bu barədə heç bir rəsmi məlumat eşitməmişəm. Bu barədə yalnız sosial şəbəkələrdə məlumat yayılıb. O səbəbdən də yaxşı olardı ki, rəsmi məlumat dərc olunsun və biz də bu barədə hansısa bir fikir bildirək."