Sumqayıt dəmir yolu vağzalında yanğın söndürülüb, 10 nəfər təxliyə olunub - YENİLƏNİB

23:46 20.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 22:58

Sumqayıt dəmir yolu vağzalında yanğın baş verib.

Hafta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub.