Sumqayıtda yaşayış binasında yanğın olub

14:55 10.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində yanğın olub.

FHN-dən hafta.az-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində, ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin bir otağında 5 m² sahədə ev əşyaları və 1 ədəd televizor qismən yanıb. Yüksək temperaturdan 1 ədəd plastikdən ibarət pəncərə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.