“Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi çərçivəsində Tacikistan Birliyin sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, eləcə də qeyd olunan əsas istiqamətlərin davamlılığını təmin etmək üçün MDB dövlət başçıları tərəfindən müəyyənləşdirilmiş strateji kursun həyata keçirilməsini davam etdirməyi qarşısına məqsəd qoyub”.
Hafta.az-ın yazdığına görə, bunu bu gün MDB-yə üzv dövlətlərin Sənaye Siyasəti Şurasının növbəti iclasında Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kəbir deyib. Onun sözlərinə görə, görüşün Tacikistanda keçirilməsi ölkənin inkişafını görmək, potensialı və inkişaf perspektivləri ilə tanış olmaq üçün yaxşı fürsətdir.
Nazir deyib: “Tacikistan üçün Birlik çoxtərəfli əməkdaşlığın həyata keçirilməsi məqsədilə mühüm mexanizmdir və üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün populyar format olaraq qalır”.

Qeyd edək ki, sabah - iyunun 5-də Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək.
Bu gün iclasda iştirak üçün Azərbaycan, Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Ermənistan və Türkmənistanın hökumət başçıları və nümayəndələrinin Düşənbəyə gələcəyi gözlənilir.
Hökumət başçıları Düşənbədə regional əməkdaşlığın mühüm məsələlərini müzakirə edəcəklər. İclasın sonunda MDB Hökumət Başçıları Şurasının sədri, Tacikistanın baş naziri Koxir Rəsulzoda və MDB-nin baş katibi Sergey Lebedev mətbuata bəyanatla çıxış edəcəklər.