Tanınmış blogerin qəzadan sonrakı görüntüləri yayıldı -VİDEO

11:17 15.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloger Nicat Mütəllimovun qəzaya düşdükdən sonrakı görüntüləri yayılıb.

Hafta.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qeyd edək ki, N.Mütəllimov idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

 

TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Mütəllimov sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər bir ölüm qeydə alınıb.