Tehranda irqçi xislətli ermənilər Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyası keçirdi... - VİDEO

16:44 24.04.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tehran erməni yeparxiyasının “müqəddəs sarkis prelaçi” kilsəsinin həyətində qondarma  “erməni soyqırımı”nın 110-cu ildönümü ilə bağlı təşkil olunan anım tədbiri çərçivəsində gül qoyma mərasimi zamanı bir qrup Ermənistan vətəndaşı “İnkar etmək cinayətdir” şüarları səsləndirərək, Ermənistan İran İslam Respublikasındakı səfirliyinin əməkdaşlarının yaxınlaşmasının qarşısını alıblar.

Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

Etirazçılar səfirlik əməkdaşlarının əllərindən gülləri qopararaq bəyan ediblər ki, “rəsmi İrəvan hakimiyyəti soyqırımı inkar siyasətini rəhbər tutaraq, diasporu parçalamaq və aoyqırımının ildönümünün anım mərasimlərinə müdaxilə etmək kimi türkyönümlü strategiyasına son qoymalıdır”.